Kayıtlar

Ocak 28, 2018 tarihine ait yayınlar gösteriliyor

Qırılmış ev sahibi.

Resim
Qırılmaq necə olur bilirsən? İnsan birdən qırılmır əslində. Balaca-balaca qırılır insan. Bir yerindən dəfələrlə əzilərək qırılır o nöqtədən. Qırılmamışdan əvvəl o əzilmiş yeri düzəltmək üçün çox çalışır qalxmaq üçün, qalxır yenə əzilir, qalxır-əzilir və sonda o nöqtədən yumşalır. Bəzi şeylər sərtliyindən qırılsa da, insan yumşaqlığından qırılır. Nə qədər vecsiz ola bilərsən ki qırılmamaq üçün? İnsanı qırmaq da çox asan iş deyil, hər kəs qıra bilməz insanı. Qırılmağın üçün kimlərisə çox sevməlisən. O qədər sevməlisən ki o səni yumşaldıb qıra bilsin. Bəzən qırılmamaq üçün qalxanlarını qaldırarsan, hətta qalxanın üstü böyük tikanlarla doludu amma unudarsan ki səni qıran bir tüstü kimidir. Ondan qorunmaq üçün nə qalxan nə tikan nə də divar sənə kömək edə bilməz. Balaca bir dəlik bəs edər onun səni qırmağına. İçəri daxil olar, eyni bir kiraçı kimi. İlk başda ev sahibinə heç bir problemin olmayacağını vəd edər. Evi təmiz saxlayacam, haqqını vaxtı vaxtında verəcəm. Bir müddət keçər və yalan...

Heç dəxli var?

Yalan üstündə qurulmuş həyat daha maraqlıdı istəsəniz yoxlayın. Məni günahlandırmamaq şərti ilə. Nə isə burax başını. Ətrafına diqqət et. Nədən yazım bilmirəm, stolun üstündə zolotoy sad,current saatı, vant siqaretinin kötməkləri ilə dolu 1982-ci ildən qalmış bir nəlbəki və bunlara heç dəxli olmayan bir taxta çubuq var. Yazdığım kompuyterin "a" və "e" hərfləri işləmədiyi üçün "ae" bu vəziyyətdə copy edib past edirəm. Hansı hərf lazımdırsa onu saxlayıb digərini silirəm. Bunun da sizə heç bir dəxli yoxdu. Heç mənimdə sizə bir dəxlim yoxdu. İnsanların bir-birinə dəxli yoxdu əslində özümüzü bir- birimizə aid edib, bir-birimizdən nəsə umuruq. Niyə?... Niyə görə Hətəm sənə görə o hərəkəti etməməli idi? Nəyə görə Fatma o addımı atanda səni düşünməli idi? Niyə? elə bir şərt var yaşamaq üçün? e hərfin böyüklə yazmalı idim, amma dediyim kimi işləmdiyi üçün axot yoxdu copy etməyə. Biraz təmbəllikdə həzz verir əslində insana. Bunu qəbul et utanma öz içində qəbul ed...