Heç dəxli var?

Yalan üstündə qurulmuş həyat daha maraqlıdı istəsəniz yoxlayın. Məni günahlandırmamaq şərti ilə.
Nə isə burax başını. Ətrafına diqqət et. Nədən yazım bilmirəm, stolun üstündə zolotoy sad,current saatı, vant siqaretinin kötməkləri ilə dolu 1982-ci ildən qalmış bir nəlbəki və bunlara heç dəxli olmayan bir taxta çubuq var. Yazdığım kompuyterin "a" və "e" hərfləri işləmədiyi üçün "ae" bu vəziyyətdə copy edib past edirəm. Hansı hərf lazımdırsa onu saxlayıb digərini silirəm. Bunun da sizə heç bir dəxli yoxdu. Heç mənimdə sizə bir dəxlim yoxdu. İnsanların bir-birinə dəxli yoxdu əslində özümüzü bir- birimizə aid edib, bir-birimizdən nəsə umuruq. Niyə?... Niyə görə Hətəm sənə görə o hərəkəti etməməli idi? Nəyə görə Fatma o addımı atanda səni düşünməli idi? Niyə? elə bir şərt var yaşamaq üçün? e hərfin böyüklə yazmalı idim, amma dediyim kimi işləmdiyi üçün axot yoxdu copy etməyə. Biraz təmbəllikdə həzz verir əslində insana. Bunu qəbul et utanma öz içində qəbul edirsən bilirəm. Hə birdə bayaq e hərfi işləmir yazmışam, hansısa ağıllı zarafat edə bilər ki, iş tapaq işləsin. İş tapansansa bildirim ki əhalinin neçə faizi işsizdi onlara iş tap. Nəsə dəxlsiz bir şeydi bu temalar, elə sizdə dəxlsizsiniz. Hər kəs öz atasının 5 dəqiqəlik həzzidir. Təbii ki, bu dəqiqə söhbətində istisnalar var. Uğurlu insanlar atalarının 15 dəqiqəlik həzzidir. Uzun yol gəldikləri üçün, çox oxuyan yox çox gəzən çox bilər idealogiyasının daşıyıcılarıdır. Bir dostumun dediyi kimi, "Öpür sizi alatava uşaqları"...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Sizi çaşdıracaq həqiqətlər.

Hər 30 saniyədə dünyada nə baş verir?