Nobel Mükafatına layiq olmayan elm adamları

Uilliam Şockley-Tranzistorun(Ötürücü) ixtiraçısı. 1956-cı ildə Fizika üzrə Nobel Mükafatına layiq görülüb. Amma Uilliam ağ dərililərin üstünlüyün qoruyan qatı irqçi olub. Qara dərililərin qısırlanması fikrini dəstəkləyib.

Fritz Haber-Xlorun ixtiraçısı. 1918-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülüb. İxtirası minlərlə insanın ölümünə səbəb olub. Haber əslində I Dünya Müharibəsində xloru silah halına gətirərək, 6 minə yaxın Fransız və Əl-Cəzayir əsgərlərinin ölümünə yol açıb.

Nils Qustaf Dalen-Dəniz Fənərinin ixtiraçısı. 1912-ci ildə Fizika üzrə Nobel Mükafatına layiq görülüb. Dalenin bu qədər bəsit bir ixtira ilə Nobel mükafatı qazanması elm dünyasının marağına səbəb olub.

Sir Tim Hant-2001-ci ildə Tibb və Fiziologiya sahəsində Nobel Mükafatına layiq görülüb. Hant qadın həmkarlarını ələ saldığı üçün onun bu mükafatı tənqid edilib.

Joşua Lederberq- 1958-ci ildə Tibb və Fiziologiya sahəsində Nobel Mükafatına layiq görülüb. Lederberq əslində bu mükafatı həyat yoldaşı ilə birgə çalışaraq əldə etmişdi. Mükafatın sadəcə Lederberqə verilməsi tənqidlərə səbəb olub.

Yohannes Fibiqer- 1926-ci ildə Tibb və Fiziologiya sahəsində Nobel Mükafatına layiq görülüb. Xərçəng xəstəliyinə səbəb olan bakteriyanı tapıb. Bu işin tamamilə səhv olduğu ortaya çıxdıqdan sonra Fibiqerin işi ləğv olundu, amma Nobel mükafatı adında qaldı.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Sizi çaşdıracaq həqiqətlər.

Hər 30 saniyədə dünyada nə baş verir?

Heç dəxli var?