Bildiyimiz bilinməzlər
Cənnət anaların
ayaqları altındadır. Analar qadındır. Qadınlar isə nə istədiklərini bilməyən canlılar.
Yəqinki heç kimə elə cənnət lazım deyil. Təbii ki, əgər cənnət varsa.
Məqsədim
qadınları alçaltmaq deyil. İrqçi və ya faşist deyiləm, sadəcə qadınlar haqqında
yazmaq istədim. Qadınlar heç vaxt başa düşülməyən, nə istədiyi bilinməyən bir
insan irqi kimi xatırlanar. Hətta neçə-neçə məşhur filosof, psixoloq, fəlsəfəçilər
belə qadınların nə istədiklərini bilmədiklərini yazırlar. Amma bunlar cəfəngiyyatdır.
Onlar belə bunları yazarkən gülürmüşlər. Elə yazmaqlarında məqsəd qadınlara
bunu inandırmaq idi. Çünki istəmirdilər ki qadınlar əslində nə qədər asan bir canlı
olduqlarını bilsinlər. Qadınlar asan olduqlarını, tez başa düşüldüklərini bilsəydilər yəqinki mürəkkəb, çətin olmaq üçün
hər şey edərdilər. Və bu kişilərin xeyrinə olmazdı. İndiyə kimi heç gördünüzmü
hansısa qadın desin ki, mən 70 ildi yaşayıram hələ də qadınların nə istədiyini
başa düşməmişəm? Xeyr, elə bir şey eşitməmisiniz. Elə ona görə də bu söz kişilərin
bir oyunudur. Qadınlar özünüzü çox əsrarəngiz hesab etməyin.
Qadınların
90%-i demək olar ki eyni xarakterə, eyni xüsusiyyətə malikdirlər. Bir-birlərindən
heç fərqlənməyən 90% qadın var, və heç
biri bunun fərqində deyil. Geri qalan 10% qadın fərqlidir bəli. Yəqinki kisin qarşınıza
o 10% qadınlardan çıxmaz bəylər. Əgər çıxsada hiss etməyiniz o qədər çətin olmaz.
Bunu hiss etdiyiniz an uzaqlaşın, problemə ehtiyac yoxdur. 90% qadınların hamsı
eyni şeyləri sevər, eyni şeylərdən xoşu gələr. Romantik, diqqətcil, qayğıkeş,
boyu və bədəni olmasada əylənməyi bacaran, ağıllı, yaxşı vədlər verən, xəyalpərəst,
pul xərcləyən, centlmen oğlansansa 90% qadını başdan çıxara bilərsən. Geridə qalan
10% haqda məlumat vermək istəmirəm onlarda mənə qalsın. Siz 90%-i başdan çıxarsanız
mən nə edərəm bəs? Zarafat edirəm hər nəsə....
Qadınları
anlamaq çox asandı məncə. Çünki qadın beyni dəqiqliyi sevmir, dəqiq düçünmür. Məsələn
bu qədər fəlsəfə yazarı olmağına baxmayaraq fəlsəfə yazan qadın çox nadir tapılar.
Necə ki fəlsəfə oxuyan qadın nadir tapılır. Bir qadın Nitzche oxuyursa onu fəlsəfədən
çox Nitzchenin bığları başdan çıxarır. Bir qadın futbola baxırsa onu komanda
oyunundan çox Ronaldo başdan çıxarır. Bir qadın boks izləyirsə o Roy Jonesə aşiq
olub. Yəni qadınlar mahiyyətə yox öz axtardıqları, onları təmin edən şeylərə
fikir verirlər.
Səhv başa
düşməyin qadın düşməni deyiləm, hətta Gender bərabərliyini qəbul edirəm. Sadəcə
bu mövzuda çox şey yazmaq olar.....To be continued.
Qesheng Nihat, ugurlar ;)
YanıtlaSilCox sag ol bro )
Sil