Ayaq altında yox, ayaq arasında olan cənnət...!
Bəli yenə qadınlardan yazmaq istəyirəm, amma bu dəfə onların zəif nöqtələrindən yox bütün
cəmiyyətin zəif nöqtəsindən yazmaq istəyirəm. Ağıllı insan beyninin formalaşdırdığı, axmaq insan
beyninin isə yaşatdığı bir düşüncə-Din...Din insanlara çox asanlıqla hökm etmə,
idarə etmə, hətta başqasına hökm etdirmə yoludur. Bunun adı din olmasa idi, və
biz həmən xüsusiyyətləri daşıyan başqa bir düşüncə tərzi formalaşdırsa idik yəqinki
bizi zəhərləyib, sonra asıb üstümüzə benzin töküb yandırar, daha sonra yüksək
bir yerdən aşağı atıb ən sonda başımızı kəsərdilər. Çünki islam belə deyir. Hər
nəsə bu dəfə dində qadının rolundan danışmaq istəyirəm. Dində qadın unudulmuş
bir varlıqdı. O qədər unudulub ki, cənnətdə kişilərə huri verəcəklərini desələr
də, qadınlara hər hansı bir yaraşıqlı kişi veriləcəyini belə deməyiblər. Din
deyir ki qadını çarşafa qoy, gətir evdə aç ehtiraslananda istifadə et... Elə
buna görə də dində qadınlardan hər cür istifadə edilə bilməsi üçün ayə, surə tapa
bilərsən. Məsələn belə bir şey:
Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər. Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və mülayimliklə etməlidir.” Amma qadının öhdəsində olan yaxınlıq hüquqları daha da mühümdür ki, bir çox rəvayətlər bunu qeyd etmişlər.
İmam Sadiq (ə) buyurur: “Bir qadın Peyğəmbərin (S) yanına gəldi və soruşdu. Kişinin qadın üzərində haqqı nədir? Buyurdu: Qadın dəvənin belində olsa belə kişinin cinsi istəyinə razılıq verməkdir.” İmam Baqir (ə) də Peyğəmbərdən (S) nəql edir ki, qadınlara buyurmuşdur: “Ərlərinizin cinsi yaxınlığına mane olmaq üçün namazlarınızı uzatmayın”.
Başqa bir rəvayətdə imam Sadiq (ə) qadınların bu əməllərinə və bunun aqibətinə işarə edərək buyurur: “O qadın ki, ərini öz yatağında gözlədərsə və cinsi yaxınlığa razılıq verməzsə və kişi bu halda yuxuya gedərsə, kişi yuxuda olduğu müddətdə mələklər o qadına lənət oxuyar.”
4 arvad al, 9 yaşında evlən və.s. Deməli dünyanın mükəmməl dini olan,
1001 xırdavat işlədən bizim qonşu İslam ( Bu arada əsl İslamı tapmışam) keçən
gün Əfqanıstanda 19 yaşlı qızı daş-qalaq edərək öldürdü. Həmin gün Kanadada başqa
bir Əfqan qız nazir oldu. Deməli donuz əti yeməklə donuz olmaq arasında böyük
bir fərq var. Əgər tanrı varsa onun əsas işi öz məqamında oturub donuz əti
yeyenlərlə, spirtli içki içənlərlə mübarizə aparmaq deyil. Ondan daha önəmli
işi yoxdursa istefa etsin. Biz demokratik şəkildə, yada mütləq monarxiya şəkilində
idarə edə bilərik. Qadın niyə daşla öldürülməlidi? Sevgilisi ilə öpüşüb deyə?
Ona daş atanların heç etmədiyi bir şeydi? Din beyin yuyan ən qorxulu ünsürdü.
Sosial şəbəkələrdə belə dindən daha az təhlükə var. Ərəblərin qadın xəstəsi
olduğunu hamı bilir. Elə o vaxtda belə idi ona görə qadınlardan sadəcə ehtiras
yumağı kimi istifadə ediləcək şəkildə yudular beyinləri. Əslində qadınlara çox
ehtiyacları vardı və onların beyinlərin yumasa idilər onlardan istədikləri vaxt
istifadə edə bilməzdilər. Qadın olar üçün hər şeydən müqəddəs idi, elə ona görə
ən yaxşı və ən mükəmməl fantaziya ilə dizayn edilmiş cənnəti qadının ayaqları altına
sərdilər. Əslində cənnəti ayaq altına yox, ayaq arasına sərmək istəyirdilər...Əziz
və murdar müsəlman qardaşlarım məni bağışlayın nəzərinizə çatdırım ki insanlar
70-80 il yaşayır amma siz 10-15 il...
Yorumlar
Yorum Gönder